Azərbaycanda vergi borcu olan 80 yaşlı qadının ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, Rahilə Quliyevanın Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 5 394.14 manat vergi borcu yaranıb. Müəyyən müddət keçməsinə baxmayaraq, borc ödənilməyib.
Dövlət Vergi Xidmətinin ərazi üzrə vergi idarəsi borcun ödənilməsi ilə bağlı Rahilə Quliyevaya dəfələrlə bildiriş göndərib. Lakin buna baxmayaraq, ödəniş həyata keçirilməyib. Nəticədə idarə onun barəsində məhkəməyə müraciət edib. İnternetdən sifariş
İddiada borc tam ödənilənədək 80 yaşlı qadının ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması tələb edilib.
Məhkəmə iddianı təmin edib. Qərara əsasən, R.Quliyevanın ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.
Telegram kanalımız