Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında ölkəmizin Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistan ilə iqtisadi əlaqələrinin inkişafına diqqət çəkib.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri deputat Vüqar Byaramov şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 208 milyon dollar təşkil edib:
“ Bu dövrdə Azərbaycan Türkmənistandan 114,5 milyon dollarlıq məhsul idxal edib, qardaş ölkəyə ixracın həcmi isə 63,8 milyon dollar olub. Ümumilikdə ötən il 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirilib. Sezar pizza
Türkmənistandan idxalın strukturunda enerji məhsulları üstünlük təşkil edir. Azərbaycan qardaş ölkədən əsasən təbii qaz (36,4 milyon dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (12,5 milyon dollar), qazoyllar (7,7 milyon dollar), maye yanacaq (7,4 milyon dollar), mineral və kimyəvi azot gübrələri (2,3 milyon dollar), eləcə də sürtkü yağları (1,4 milyon dollar) alıb”.
V.Bayramov qeyd edib ki, Türkmənistana satılan mallar arasında isə emaledici kənd təsərrüfatı və sənaye məhsulları öndə gəlir:
“Ötən il qardaş ölkəyə ağ şəkər və saxaroza (22,4 milyon dollar), dəmirdən və ya poladdan hazırlanan məhsullar (7,8 milyon dollar), pambıq lifi (3,9 milyon dollar), qara metallardan konstruksiyalar (1,8 milyon dollar) və kərə yağı (931 min dollar) ixrac edilib.
Əsas hədəf Türkmənistan ilə ticarət dövriyyəsini daha da artırmaq və xüsusilə qeyri-neft-qaz sektoru üzrə əməkdaşlığı gücləndirməkdir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız