Bir tək-bir cüt tarixi abidə: Əcnəbi turist Azərbaycanda nəyə baxa bilər?

saytların hazırlanması

Evə çatdırılma

Bir tək-bir cüt tarixi abidə: Əcnəbi turist Azərbaycanda nəyə baxa bilər?

Sosial

09 İyul 2026 12:35 147


Bu ilin 5 (yanvar-may) ayında ərzində Azərbaycana səfər etmiş 564 min 237 turistdən 16 min 800 nəfəri birgünlük səyahətçi olub. Onların 14 min 381 nəfəri (85,6%) ölkəyə tranzit məqsədilə səfər edib.

Nəzəri olaraq qalanları “turist” adlandırsaq, onları Azərbycanda cəlb edən nədir?

Turist üçün 2 motivasiya var: ya əyləncə, ya da tarixi məkanlar. Dördpendirli pizza

Ölkəmiz əyləncə məkanları sarıdan cəlbedici deyil. Bəs, əcnəbiləri Azərbaycanda görmək istədiyi tarixi yerlər yəni elə çoxdur?

“Bakıdan başlasaq, turist məkanları arasında, ilk növbədə,  İçərişəhər Memarlıq Qoruğundan danışan bilərik. Qoruq daxilində yerləşən Şirvanşahlar Sarayı və Qız Qalası turistlər üçün olduqca maraqlıdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib.

Onun sözlərinə görə, Abşeron ərazisində turistlərin marağına səbəb olan xeyli sayda tarixi abidə mövcuddur:

“Bakı kəndlərinə doğru getdikdə, bir çox tarixi tikililər var: Digah qəsəbəsində yerləşən Yanardağ təbiət abidəsi, Səngəçal karvansarası və s. Bölgələrdə də çox sayda tarixi memarlıq abidələri mövcuddur. Təbliğatı düzgün aparsaq, turistlər üçün gəzməli-görməli məkan kifatət qədərdir”.

Tarixçi əlavə edib ki, xüsusən Qarabağda olan tarixi-dini məbədlər turizm baxımından ciddi potensiala malikdir:

“Eləcə də Şəki Xan Sarayı. Bu kompeksin içərisində olan miniatür rəsmlər turistlər üçün olduqca maraqlı və görməli tarixi nümunələrdəndir. Artıq işğaldan azad olunan Qarabağa səfərlər başlayıb. İstər erməni vandalizminə məruz qalmış tarixi memarlıq abidələrini, istərsə də qədim alban kilsələrini turistlərə təqdim edə bilərik”.

G.Aslanlı vurğulayıb ki, rəsmi qurumlar bu məsələdə paralel şəkildə fəaliyyət göstərməlidir:

“Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, AMEA-nın Tarix və Etnoqrafiya İnstitutu koordinasiyalı işlər görə bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!