Biz Amerikaya güvənmirik! - Pezeşkian ABŞ-a şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

Biz Amerikaya güvənmirik! - Pezeşkian ABŞ-a şərt qoydu

Siyasət

21 Oktyabr 2026 07:59 202


İran Prezidenti Məsud Pezeşkian ABŞ-la hər hansı danışıqların aparılması üçün Vaşinqtonun əvvəlcə Tehrana qarşı təhdid və təzyiqləri dayandırmalı, sanksiyaları aradan qaldırmalı olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Pakistan Quru Qoşunlarının komandanı, feldmarşal Asim Munirlə görüşündə danışıb.

İran dövlət televiziyası Press TV-nin məlumatına görə, Pezeşkian ABŞ-ın danışıqlar zamanı İrana hücum etməsini və əvvəlki öhdəliklərini pozmasını xatırladaraq, Vaşinqtona etimadın ciddi şəkildə sarsıldığını vurğulayıb. pizza

“Ölkəmizə qarşı təzyiqi və sanksiyaları hər gün artırmaq, yolları və imkanları bağlamaq, sonra isə dialoq və danışıqlar istədiyini söyləmək olmaz. Bu, necə dialoqdur?” – deyə İran Prezidenti bildirib.

Pezeşkianın sözlərinə görə, ABŞ həqiqətən razılaşma əldə etmək istəyirsə, ilk növbədə təhdid və sanksiyaları aradan qaldırmaq niyyətində olduğunu əməli addımlarla göstərməlidir.

“Xalqımız bu gün Amerikaya etibar etmir və hesab edir ki, danışıqlar aparsaq, yenidən bizə hücum edəcəklər”, – deyə o bildirib.

İran Prezidenti müharibənin nə ABŞ-ın, nə İranın, nə də bütövlükdə regionun maraqlarına xidmət etdiyini vurğulayıb. Onun fikrincə, hərbi qarşıdurmanın davam etməsi regionda dağıntılara və ciddi zərərə səbəb olacaq.

Pezeşkian ABŞ-ın İran xalqını yenidən aldadmayacağını sübut etməli olduğunu da qeyd edib. O, Pakistanı iki ölkə arasında gərginliyin azaldılması və diplomatik həll yollarının tapılması istiqamətində səylərini davam etdirməyə çağırıb.

Qeyd edək ki, Pakistan ABŞ-la İran arasında vasitəçilik edən əsas ölkələrdən biridir. Asim Munirin Tehrana səfəri tərəflər arasında diplomatik təmasların bərpası və regionda gərginliyin azaldılması səyləri fonunda baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!