Daha bir ölkədə aksiyalar başladı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkədə aksiyalar başladı

Dünya

21 Oktyabr 2026 08:36 97


İndoneziyanın paytaxtı Cakarta başda olmaqla bir çox iri şəhərlərində kütləvi etiraz aksiyaları başlayıb. Ölkənin ən aparıcı universitetlərini təmsil edən tələbə koalisiyaları və ictimai fəallar hökumətin daxili siyasətinə qarşı genişmiqyaslı yürüşlərə start veriblər.

“Yeni Sabah” xəbər verir ki, aksiyaların keçirilməsinə əsas səbəb kimi ölkədə yaşayış minimumunun kəskin bahalaşması, təhsil xərclərinin artması, korrupsiya halları və ifadə azadlığına qoyulan məhdudiyyətlər gösterilir. Bundan əlavə, Sumatra və Kalimantan bölgələrində davam edən meşə yanğınları və atmosferin zəhərli tüstü ilə çirklənməsinə qarşı hakimiyyətin kəsərsiz addımları da əhalinin kütləvi narazılığına təkan verib.

Cakarta Polisi və təhlükəsizlik qüvvələri parlament binası və hökumət mərkəzləri ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiyalar zamanı nümayişçilər ilə hüquq-mühafizə orqanları arasında gərginlik və toqquşmaların yaşandığı bildirilir. Tələbə təşkilatları sosial-iqtisadi tələbləri yerinə yetirilməyənədək nümayişləri davam etdirəcəklərini bəyan ediblər.  pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!