ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə Entoni Blinken məlumat yayıb.
Onun sözlərinə görə, söhbət səmimi və sadə olub, tərəflər bir sıra məsələlərlə yanaşı, məhbusların mübadiləsini də müzakirə ediblər. Pepperoni pizza
ABŞ dövlət katibi, həmçinin bildirib ki, o, rusiyalı nazirə Ukrayna regionlarının Rusiya Federasiyasının tərkibinə daxil olacağı halda ABŞ-ın əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə xəbərdarlıq edib.
Daha əvvəl Lavrov məhbusların mübadiləsi ilə bağlı məsələləri həll etmək səlahiyyətinin olmadığını, lakin ABŞ dövlət katibini dinləməyə hazır olduğunu bildirmişdi.
Nazir, həmçinin əlavə edib ki, ABŞ-ın Ukrayna taxılının ixracı ilə bağlı öhdəliklərini necə yerinə yetirəcəyini eşitmək istərdi.
Telegram kanalımız