ABŞ Senatı, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, eləcə də Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna parlamenti Dövlət Departamentini Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağıran qətnaməni yekdilliklə dəstəkləyir, lakin ABŞ dövlət katibi Entoni Blinken buna müqavimət göstərir.
Yenisabah.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.
“Bir neçə həftədir ki, cənab Blinken Rusiyanın hazırda Şimali Koreya, Suriya, Kuba və İrana bənzər şəkildə terrorizmin himayədarı kimi rəsmən elan edilməsinə çalışırdı. Bununla belə, emosional cazibəsinə baxmayaraq, Blinken hazırda buna müqavimət göstərir". pizza mizza
ABŞ nəşri qeyd edir ki, Senatın qərarı sadəcə olaraq heç bir sanksiya təzyiqi olmadan hərəkətə keçməyə çağırış olsa da, Nümayəndələr Palatasındakı bir qrup demokrat Konqresə yeni bir layihə təqdim edib.
Telegram kanalımız