BMT-nin Baş katibi Antoniu Quterreş hantavirus təhlükəsinin qarşısını almaq üçün çağırış edib.
“Yeni Sabah” xəbər verir ki, o, çağırışını “X” sosial şəbəkəsində yayımlayıb.
A.Quterreş İspaniya hökumətinə və digər aidiyyəti qurumlara virusla mübarizəni beynəlxalq həmkarları ilə sıx koordinasiya şəraitində idarə etdiklərinə görə təşəkkürünü bildirib. pizza hut
O vurğulayıb ki, hazırda virusun yaratdığı ictimai sağlamlıq riski aşağı səviyyədə qalsa da, beynəlxalq səhiyyə tədbirlərinin hər kəsin, o cümlədən “MV Hondius” gəmisinin sərnişinləri və heyət üzvlərinin təhlükəsizliyini təmin etməsi vacibdir.
Aytac Əliyeva
Telegram kanalımız