Sığorta fəaliyyəti üzrə lisenziyasına məhdudiyyət qoyulan “İpək Yolu Sığorta” ASC hazırda aktiv olan bütün müqavilələr üzrə müştəriləri qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirəcəyini bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, lisenziyanın məhdudlaşdırılması ilə bağlı Mərkəzi Banka müraciət məhz qurumun öz təşəbbüsü ilə edilib.
Bu addım şirkətin uzunmüddətli inkişaf strategiyası və fəaliyyət sahələrinin optimallaşdırılması planları çərçivəsində atılıb. Qurum gələcək planlar və tətbiq ediləcək yeniliklərlə bağlı ictimaiyyətə əlavə informasiya veriləcəyini də diqqətə çatdırıb. Onlayn mağaza
Nizamnamə kapitalı 30 milyon 12 min 500 manat təşkil edən “İpək Yolu Sığorta” ASC 2011-ci ildə keçmiş “AZAL Sığorta”nın əsasında təsis olunub. Hazırda şirkətin səhm paketinin əsas hissəsi – 96,5 faizi “ASG Business Aviation” MMC-nin, qalan 3,5 faizi isə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) payına düşür.
Telegram kanalımız