Ötən ay İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzi tərəfindən ümumilikdə 52 872 müraciət qəbul edilib.
“Yeni Sabah” xəbər verir ki, oktyabr ayında müraciətlərin 43 325-i canlı rejimdə cavablandırılıb, qalan hissəsi isə səsli menyu xidməti vasitəsilə icra olunub.
Vətəndaşların müraciətləri daha çox sahibkarlıq fəaliyyəti, lisenziyalaşdırma, vergi ödənişləri və vergi ödəyicilərinin hüquq və vəzifələri ilə bağlı olub. Bununla yanaşı, daşınmaz əmlakın dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və nazirliyin fəaliyyət istiqamətlərinə aid digər məsələlər də sorğular arasında üstünlük təşkil edib. İnternetdən sifariş
Müraciətlərin böyük əksəriyyəti operativ şəkildə cavablandırılıb, əlavə araşdırma tələb edən məsələlər isə müvafiq tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə yönləndirilib.
Vətəndaşların nazirlik və onun qurumları ilə əlaqəsini asanlaşdırmaq məqsədilə fəaliyyət göstərən 195-1 Çağrı Mərkəzinə ölkənin bütün bölgələrindən stasionar telefonlarla birbaşa və ödənişsiz zəng etmək mümkündür. Mərkəz rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq canlı rejimdə xidmət göstərir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız