Norveç millisinin ulduz hücumçusu Erlinq Haland UEFA Millətlər Liqası tarixində yüksək fərqlə ən çox qol vuran futbolçu adını qoruyub saxlayır.
"Yeni Sabah" xəbər verir ki, o, milli komandanın heyətində bu turnirdə ümumilikdə 34 qol vuraraq əlçatmaz rekorda imza atıb.
Turnir təsis olunduğu gündən bəri keçirilən qarşılaşmalarda nümayiş etdirdiyi qeyri-adi məhsuldarlıq norveçli forvardı Avropa futbolunun digər ulduzlarından xeyli irəli çıxarıb. Klub karyerasında olduğu kimi, milli komandanın heyətində də meydanı demək olar ki, qolsuz tərk etməyən Haland yarışın bombardirlər siyahısında ən yaxın izləyicilərini – serbiyalı hücumçu Aleksandr Mitroviçi və portuqaliyalı əfsanə Kriştianu Ronaldunu böyük fərqlə geridə qoyub. Elektronika məhsulları
Mütəxəssislər qeyd edirlər ki, gənc yaşına baxmayaraq Erlinq Halandın milli komanda səviyyəsindəki bu göstəricisi təkcə Norveç futbolu üçün deyil, ümumilikdə UEFA Millətlər Liqası tarixi üçün uzun illər yenilənməsi çətin olan unikal bir rekord hesab olunur. Onun fiziki gücü, meydanda mövqe seçimi və soyuqqanlı zərbələri turnirin hər mövsümündə yeni rekordların müəllifi olmasına şərait yaradır.
Nazim Hacıyev
Telegram kanalımız