Alman avtomobil nəhəngi BMW 2026-cı ilin ilk doqquz ayına dair maliyyə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabata əsasən, şirkətin faiz və vergilərdən əvvəlki əməliyyat mənfəəti (EBIT) ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% kəskin geriləyərək 5,2 milyard avroya düşüb ki, bu da 2020-ci ildən bəri ən aşağı göstəricidir. Yanvar-sentyabr aylarında brendin xalis mənfəəti 24% azalaraq 4,3 milyard avroya, ümumi gəlirləri isə 7,3% geriləmə ilə 92,7 milyard avroya enib.
Maliyyə göstəricilərindəki bu zəifləmə Almaniya avtomobil sektorundakı ümumi çətinliklərlə bağlıdır. Pandemiya dövründən qalan problemlər, 2022-ci ildən sonra enerji xərclərinin kəskin artması, Çin istehsalçılarının bazarda güclənən rəqabəti, ABŞ-ın tətbiq etdiyi rüsumlar və Yaxın Şərqdəki iqtisadi qeyri-müəyyənliklər şirkətin gəlirliliyinə mənfi təsir göstərən əsas amillər sırasındadır. pizza
Telegram kanalımız