Bollivud ulduzu və oğlu koronavirusa yoluxub
12 İyl 2020 10:45
536

Bollivud ulduzu və oğlu koronavirusa yoluxub

Dünya kinosunun daha bir tanınmış siması koronavirusa yoluxub. Bollivud ulduzu Amitabh Baççan və 44 yaşlı aktyor oğlu Abhişek Baççan  koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə 77 yaşlı aktyor Tvitter hesabında məlumat verib.

Qeyd edək ki, ata və oğulun ailə üzvləri və işçi heyəti də COVİD-19 testindən keçiblər. Analizin cavablarını gözləyən məşhurlar son 10 gün ərzində onlarla təmasda olan hər kəsi koronavirus testindən keçməyə dəvət ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər