Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı -   YENİ TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı - YENİ TƏYİNAT

Mədəniyyət

14 Fevral 2026 10:55 1606


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Dominos pizza

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var. (Oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!