Brilliant: “Kiməsə sərf etməyəndə...“

saytların hazırlanması

Evə çatdırılma

Brilliant: “Kiməsə sərf etməyəndə...“

Şou

21 İyul 2022 23:14 1013


"Bayağı musiqinin meydan oxumasına biganə qala bilmərəm".

Yenisabah.az demokrat-a istinadla xəbər verir ki, bunu Xalq artisti Brilliant Dadaşova deyib: 

“Təəssüf ki, həyat sevgidən, mehribanlıqdan, əzizlikdən, qardaşlıqdan daha çox mübarizə üzərində qurulub. Biganəlik insanlardan ən sevmədiyim cəhətdir. Mənə baha başa gəlsə də, biganə ola bilmirəm. Hər dəfə biganə ola bilməməyimin ucbatından, başım çox bəlalar çəkdi. Dördpendirli pizza

Mənə çox pis təsir edirdi ki, səhnəyə təzə addım atan gənclər xarici mahnılar ifa edir. Yadınızdadırsa, Murad Arifdən soruşdum: “Bu, “Azərbaycanın səsi”dir də, hə?”

"Youtube"-da çox baxıldı o videom. Düşünürəm ki, bəlkə də, o sözüm nəticə verib. Amma çox yerlərdə ciddi musiqi uşaq-muşaq əlində qalıb. Bunu deyəndə bilirsiz nəyi nəzərdə tuturam?

Çox ciddi layihələrin rəhbər şəxsi qismində çox təcrübəsiz insanları görürük. Azərbaycan klassik musiqisindən uzaq, anlayışı olmayan. Bəlkə bu da səbəbdir.. Sonra bunun qarşısını yığıb-yığışdırmaq çətin olacaq. Amma nə etmək olar ki? Mən o qədər də səlahiyyət sahibi deyiləm. Sadəcə, xalqın dinlədiyi insanam. Kiməsə də sərf etməyəndə, türklər demiş, “çamur atır,” montaj edirlər, çək-çevir edirlər dediyim sözü, tamamilə başqa mənaya gətirirlər fikrimi.

Ona görə də çalışıram ki, nə qədər biganə qalmasam da, belə mövzularda ehtiyatlı davranım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!