Böyük Britaniyanın Moskvadakı səfirliyi Britaniya vətəndaşlarını vəziyyətin gözlənilməzliyi ucbatınadan Rusiyanı tərk etməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, səfir Debora Bronnertin mesajı diplomatik missiyanın "Twitter" və "Telegram" hesabında yerləşdirilib:
Müraciətdə deyilir: “Biz çətin və gərgin bir dövrdə yaşayırıq və son bir neçə həftənin hadisələri hələ də Rusiyada hamımızı narahat edir. Dördpendirli pizza
Ukraynanın dəhşətli işğalı Ukraynaya böyük ziyan vurur, eyni zamanda Rusiyaya və bütün dünyaya ziyan vurur. Gördüyümüz kimi, işğal Rusiyada vəziyyətin gözlənilməz olması deməkdir”.
Səfirin sözlərinə görə, Britaniya hakimiyyət orqanları Rusiyaya səfər etməməyi tövsiyə edir və orada olma zərurət olmadığı təqdirdə ölkəni tərk etməyi tövsiyə edir.
Bronnert əlavə edib ki, Rusiya Federasiyasında olanlar Britaniya Xarici İşlər Nazirliyinin bütün tövsiyələrinə əməl etməlidirlər.
Böyük Britaniyanın Moskvadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu fəaliyyətini davam etdirir.
Telegram kanalımız