Dövlət Miqrasiya Xidməti (DMX) müxtəlif struktur bölmələri üzrə işə qəbul elan edib.
“Yeni Sabah” xəbər verir ki, qurum ümumilikdə 14 vakant vəzifə üzrə müraciətlərin qəbuluna başlayıb. Təklif olunan iş yerləri həm mərkəzi aparatın, həm də regional idarələrin payına düşür.
Vakant yerlərin qurumlar üzrə bölgüsü aşağıdakı kimidir: Dominos pizza
Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi: 2 ştat
Lənkəran regional miqrasiya idarəsi: 3 ştat
Şəki regional miqrasiya idarəsi: 3 ştat
Ağsu regional miqrasiya idarəsi: 2 ştat
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi: 1 ştat
Xaçmaz regional miqrasiya idarəsi: 1 ştat
Şirvan regional miqrasiya idarəsi: 1 ştat
Yevlax şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzi: 1 ştat
Telegram kanalımız