Almaniyanın məşhur avtomobil nəhəngi "Volksvagen" Polşadakı müəssisəsində maraqlı və ekoloji layihəyə start verib.
"Yeni Sabah" xəbər verir ki, şirkət zavod ərazisindəki günəş elektrik stansiyasında ot örtüyünə təbii yolla qulluq etmək üçün 100 baş qoyundan istifadə etməyə başladığını açıqlayıb.
Qoyunlar Polşanın Vjeşnya şəhərində yerləşən zavodun 27 hektarlıq geniş fotovoltaik parkında otlayırlar. Onların əsas "vəzifəsi" günəş panellərinin altında və ətrafında bitən otları yeyərək ərazini təbii yolla təmizləməkdir. Bu üsulla "Volksvagen" otların mexaniki texnika ilə biçilməsinə olan ehtiyacı minimuma endirməyi və karbon emissiyasını azaltmağı hədəfləyir. Sərfəli qiymətə məhsullar
Qeyd edək ki, 27 hektarlıq geniş ərazidə 31 mindən çox günəş paneli quraşdırılıb və bu stansiya ümumilikdə 18.3 meqavat enerji gücünə malikdir. Günəşli havalarda stansiya zavodun elektrik enerjisi ehtiyacını tam şəkildə ödəyir, illik ortalama göstəricilərə görə isə bu panellər müəssisənin ümumi enerji tələbatının təxminən 25 faizini qarşılayır.
Nazim Hacıyev
Telegram kanalımız