Bu ərazilərdə yaşayanlara şad xəbər -   Sabahdan…

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə yaşayanlara şad xəbər - Sabahdan…

İqtisadiyyat

31 May 2026 13:19 47


İyunun 1-dən etibarən Bakıda fəaliyyət göstərən 79 nömrəli marşrut xətti üzrə bütün avtobuslar yenilənəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş yeni avtobuslar cəlb edilib. Xətt üzrə ümumilikdə 16 nəqliyyat vasitəsi fəaliyyət göstərəcək və avtobuslar 7 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Sezar pizza

79 nömrəli marşrut Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən metronun 28 May metro stansiyası istiqamətində hərəkət edəcək.

Qeyd olunub ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 60 qəpik təşkil edir.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!