Bu ərazilərdə yaşayanların nəzərinə: Sabah işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə yaşayanların nəzərinə: Sabah işıq olmayacaq

Sosial

03 Avqust 2026 23:25 98


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 4-də Bakıda Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Eləcə də bir sıra rayonlarda müxtəlif gərginlikli hava elektrik verilişi xətlərində təmir və ağac budanması işləri həyata keçiriləcək.

"Azərişıq" ASC-dən "Yeni Sabah"a verilən məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Planlı fasilə saat 09:00-dan 12:00-dək Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Qaraməryəm, Şahsoltanlı, Yekəxana kəndlərini, saat 10:00-dan 15:00-dək şəhər ərazisində Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, Nizami küçələri, eləcə də rayonun Cəyirli, Çayarxı, Hacalıkənd, Qarabaqqal, Türkman kəndlərini əhatə edəcək. Dominos pizza

Mingeçevir EŞ-nin ərazisində saat 09:00-dan 13:00-dək Təbriz, Yaşar Muradov, Koroğlu və Züleyxa Həsənova küçələrində enerjinin verilişində fasilə yaranacaq.

Tərtər EŞ-nin ərazisində saat 10:00-dan 12:00-dək 10 kV-luq 3 saylı “Xoruzlu” hava xəttindən qidalanan yaşayış məntəqələri gərginliksiz qalacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!