“Prezidentin məktubunda uyğun cavab öz əksini tapıb”

saytların hazırlanması

Evə çatdırılma

“Prezidentin məktubunda uyğun cavab öz əksini tapıb”

Siyasət

29 Oktyabr 2026 17:10 262


“Bəzən olur ki, Türk Dövlətləri Təşkilatının Zirvə Toplantılarının hansısa birində ölkənin birinci şəxsi deyil, digər rəsmilər əvəzləyib. Xatırlayırsınızsa, bundan əvvəl Şuşadakı dövlət başçılarının zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı vitse-prezident Cövdət Yılmaz əvəz etmişdi. Digər tərəfdən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sonuncu toplantısında Türkiyəni Xarici işlər naziri Hakan Fidan təmsil etmişdi”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Türkiyə Azərbaycan münasibətləri ilə bağlı uyğun cavab Cənab Prezidentin Türkiyə Prezidentinə göndərdiyi təbrik məktubunda öz əksini tapıb:

“Hazırda ölkəmizdə FİFA U-15 turniri keçirilir və dövlət başçısının iş qrafiki olduqca sıxdır. pizza

Hesab edirəm ki, Türkiyə mediasında bunu hansısa başqa məzmunda şişirtməyə ehtiyac yoxdur. Türkiyə Azərbaycan münasibətləri ilə bağlı uyğun cavab Cənab Prezidentin Türkiyə Prezidentinə göndərdiyi təbrik məktubunda öz əksini tapıb. Bu, hər iki dövlətin dostluq, qardaşlıq və müttəfiqlik münasibətinə aid olan duyğuların təccəssümüdür.

Önəmli olan odur ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizi Ankarada baş tutan zirvə toplantısında təmsil etməkdədir”.

Qeyd edək ki, Azərbaycanı TDT-nin Zirvə görüşündə Xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Prezident İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!