Leysan Məmmədov vəzifəsindən   AZAD EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Leysan Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Siyasət

29 Oktyabr 2026 23:10 199


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Leysan Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. Toyuqlu pizza

Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Lakin bir müddət sonra həmin vəzifədən azad olunub.

O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini və direktor vəzifələrində çalışıb. 2021-ci ildən 2022-ci ilin fevralınadək isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində aparat rəhbəri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!