Ramiz Mehdiyev harada dəfn olunacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev harada dəfn olunacaq? 

Sosial

29 Oktyabr 2026 15:26 2039


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və əmlakının mediada tirajlanması ictimaiyyətdə təəccüblə qarşılanıb.

Ramiz Mehdiyevin və ailəsinin hazırda hansı evdə yaşadığı bəlli deyil.

Sosial şəbəkələrdəki ictimai müzakirələrdə "Boz kardinal"ın səhhətindən də bəhs olunur. Çünki məhkəmə onun sağlamlıq vəziyyəti və yaşını nəzərə alaraq cəzanın real çəkilməsinə zərurət görülməyib, şərti məhkumluğu önə çəkib. Toyuqlu pizza

Bəzi məlumatlara görə, 88 yaşlı Ramiz Mehdiyev bir neçə xəstəlikdən əziyyət çəkir. Hətta onun 14 illik məhkumluq müddətini tam yaşaya bilməyəcəyini iddia edənlər də var. Amma əgər akademik ölməyib sağ qalsa, o zaman onun cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.

Bəs 2039-ci ilədək əcəl "Boz kardinal"ı yaxalasa necə, onu harada dəfn edə bilərlər?

“Yeni Sabah” xəbər verir  ki, Modern.az mümkün ehtimalları araşdırıb.

Bəri başdan qeyd edək ki, istisnasız olaraq Birinci Fəxri xiyabanın qapıları Ramiz Mehdiyevin üzünə qapanıb.

Ramiz Mehdiyevin mülklərindən danışdıqda ilk yada düşən Tbilisi prospektindəki 8 milyon dollarlıq villasıdır. Onun hazırda da orada yaşadığı ehtimal olunur. Lakin həmin villa yaxınlığında qəbiristanlıq mövcud deyil. Ona görə də Tbilisi prospektinə coğrafi baxımdan ən yaxın şəhər məzarlığı "Qurd Qapısı" adlandırılan Yasamal qəbiristanlığıdır. 

Ramiz Mehdiyevin adı çəkiləndə yada düşən ünvanlardan biri də onun Novxanı qəsəbəsindəki bağ evidir. Böyük bağ sahəsində iki nəhəng villanın inşa edildiyi, ərazinin ciddi mühafizə olunduğu və müşahidə kameraları ilə izlənildiyi bildirilib. Əgər akademik qəfildən vəfat edərsə, onun Novxanı kənd qəbiristanlığında dəfn olunması da mümkün variantlardan biridir.

Bəzi iddialarda isə qeyd olunur ki, Ramiz Mehdiyev Badamdar qəsəbəsində, Botanika bağı yaxınlığındakı çoxmərtəbəli binanın elit mənzilində yaşayır. Əgər bu iddialar düzdürsə, o zaman Ramiz Mehdiyev ölümündən sonra Badamdar qəbiristanlığında da torpağa tapşırıla bilər..

Ramiz Mehdiyev 2024-cü ilə qədər dünyadan köçsəydi, yüksək statusuna görə yəqin ki, Birinci Fəxri xiyabanda dəfn olunacaqdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!