Dəniz şahmat taxtasına çevrildi - Qəribə dalğalar görənləri heyrətləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Dəniz şahmat taxtasına çevrildi - Qəribə dalğalar görənləri heyrətləndirdi

Maraqlı

29 Oktyabr 2026 19:39 83


Dənizin səthində şahmat taxtasını xatırladan görüntülər yaranıb. İlk baxışda göz oxşayan bu qeyri-adi təbiət hadisəsi əslində həm gəmilər, həm də insanlar üçün təhlükə yaradır.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Miçiqan gölündə qeydə alınan qeyri-adi dalğalar təbiətin maraqlı mənzərələrindən birini ortaya çıxarıb. Suyun səthində demək olar ki, qüsursuz kvadratlar əmələ gətirən dalğalar şahmat taxtasını xatırladıb.

“The Daily Galaxy” nəşrinin məlumatına görə, İndiana ştatının sahilləri yaxınlığında çəkilən görüntülərdə müxtəlif istiqamətlərdə hərəkət edən dalğaların bir-birini kəsərək həndəsi naxış yaratdığı görünür. Belə dalğalar yalnız Avropanın müəyyən sahillərində yaranmır. Ötən il Türkiyənin Egey dənizi sahillərində də bu qeyri-adi təbiət hadisəsi müşahidə olunub. Pepperoni pizza

Elmi ədəbiyyatda “cross sea” adlandırılan bu hadisə müxtəlif istiqamətlərdən gələn iki dalğa sisteminin kəsişməsi nəticəsində yaranır. Ayrı-ayrı küləklərin və hava sistemlərinin yaratdığı dalğalar dənizin və ya gölün səthində bir-birinin üzərinə düşür. Dalğalar öz istiqamətində hərəkət etməyə davam etdikdə suyun səthində çarpaz xətlər və kvadratlara bənzər naxışlar əmələ gəlir. Xüsusilə yuxarıdan baxdıqda daha aydın görünən bu mənzərə suyun şahmat taxtasına bənzəməsinə səbəb olur. Kvadrat dalğalar yalnız okeanlarda yaranmır. Kifayət qədər geniş su hövzələrində uyğun külək və dalğa şəraiti olduqda göllərdə də belə görüntülər meydana çıxa bilər.

Kvadrat dalğalar sakit və nizamlı mənzərə yaratsa da, müxtəlif istiqamətlərdən gələn dalğaların kəsişməsi suyun hərəkətini mürəkkəbləşdirir. Belə şəraitdə qayıqlar və gəmilər eyni vaxtda müxtəlif istiqamətlərdən gələn dalğaların təsirinə məruz qalır. Bu isə onların idarə olunmasını çətinləşdirərək təhlükəsiz hərəkətinə mane olur. Üzən insanlar da suyun dəyişkən hərəkəti və güclü axınlar səbəbindən çətin vəziyyətə düşə bilərlər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!