Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi (U-15) FIFA U-15 Dünya Çempionatı və Festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub.
"Yeni Sabah" xəbər verir ki, baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub.
Xatırladaq ki, Azərbaycan millisi AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsini 6:0, Andorra komandasını 1:0, İsrail yığmasını isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beləliklə, komanda qrup mərhələsini 9 xalla üçüncü pillədə tamamlayıb. pizza sifarişi
Azərbaycan millisi C Divizionunda (81-96-cı yerlər uğrunda mübarizədə) daha əvvəl Çili yığmasına 1:3 hesabı ilə məğlub olub. Daha sonra Cəbəllütariq seçməsini 5:1, Mozambik yığmasını isə 4:1 hesabı ilə üstələyib.
Telegram kanalımız