Hörmüzdə nəhəng gəmi minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Hörmüzdə nəhəng gəmi minaya düşdü

Dünya

29 Oktyabr 2026 20:49 99


Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən gəmi minaya düşüb.

"Yeni Sabah" xəbər verir ki, dəniz minaları ilə toqquşan tankerdə yanğın baş verib.

İranın Hərbi Dəniz Qüvvələrindən (HDQ) bildirilib ki, insident günün birinci yarısında baş verib və Hörmüz boğazının şərqində qeydə alınıb: "Qadağan olunmuş və təhlükəli zonada hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və zədələnib. Marqarita pizza

Hörmüz boğazı razılaşdırılmadan təhlükəli zonalardan keçmək niyyətində olan gəmilər üçün bağlıdır".

Xatırladaq ki, gecə saatlarında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib. CENTCOM-un məlumatına görə, Hörmüz boğazı minalardan tamamilə təmizlənib.

Səhər saatlarında isə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda insident barədə məlumat yayıb.

Qeyd edək ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, UKMTO isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!