Ərdoğandan Ankarada   TARİXİ MESAJ

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan Ankarada TARİXİ MESAJ

Siyasət

29 Oktyabr 2026 23:32 130


"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik".

"Yeni Sabah" "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü münasibətilə Beştəpədə keçirilən rəsmi şam yeməyində çıxışı zamanı deyib.

Ərdoğan TDT-yə üzv və qardaş ölkələrin nümayəndələri ilə birlikdə qeyd etməkdən məmnunluğunu ifadə edib. pizza mizza

O, çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmana, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova və nümayəndə heyətlərinə təşəkkür edib.

Ərdoğanın sözlərinə görə, 86 milyon insanın ortaq əsəri və ümumi damı olan Türkiyə bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə uğur qazanmağa davam edir.

"Qarşıdakı dövrü Türk əsri elan edəcəyik. Hədəflərimizlə aramıza girməyə çalışanları zərərsizləşdirməkdə eyni qətiyyəti nümayiş etdirəcəyik", - deyə Türkiyə prezidenti bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!