Müdafiə Nazirliyi məlumat yaydı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - FOTOLAR

Siyasət

29 Oktyabr 2026 19:15 108


NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb.

Müdafiə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, plana uyğun olaraq, yaralıların təxliyəsi, humanitar yüklərin və şəxsi heyətin daşınması, eləcə də aşağı hündürlükdə uçuşlar icra edilib. Bununla yanaşı, aviasiya vasitələrində yarana biləcək müxtəlif nasazlıqların aradan qaldırılması zamanı heyətlərin fəaliyyəti yoxlanılıb.

NATO qiymətləndiricilər qrupu tərəfindən bəyan edilmiş helikopter cütlüyü və onun ekipaj heyətinin, o cümlədən aidiyyəti bölmələrin imkan və qabiliyyətləri yüksək qiymətləndirilib. Dördpendirli pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!