Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə: Keçmiş həyat yoldaşı nə tələb edir?

saytların hazırlanması

Evə çatdırılma

Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə: Keçmiş həyat yoldaşı nə tələb edir?

Sosial

30 Oktyabr 2026 00:12 114


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbovla keçmiş həyat yoldaşı arasında boşanma və əmlak mübahisəsi yaranıb.

"Yeni Sabah" xəbər verir ki, Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Məlumata görə, iddia Bakı və Naxçıvan şəhərlərində yerləşən mülklərlə yanaşı, boşanma məsələsini də əhatə edir. pizza

İddiaçı həmin əmlaklarla bağlı hüquqlarının məhkəmə qaydasında təmin olunmasını və müvafiq tədbirlərin görülməsini tələb edir.

Beləliklə, uzun illər Naxçıvanda yüksək vəzifədə çalışmış Məhərrəm Talıbov bu dəfə keçmiş həyat yoldaşı ilə yaşadığı əmlak mübahisəsi ilə gündəmə gəlib.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!