Elçin Abdulxalıqov Azərbaycana ekstradisiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Elçin Abdulxalıqov Azərbaycana ekstradisiya edildi

Kriminal

29 Oktyabr 2026 22:30 271


İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniyada müəyyən edilən daha bir şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşı Elçin Nüsrət oğlu Abdulxalıqov 2020-ci ildə "GP Stock Feed" MMC-də satış üzrə mütəxəssis vəzifəsində çalışarkən ona etibar edilmiş külli miqdarda pulu mənimsəməkdə ittiham olunur. Sezar pizza

İttihama görə, o, müxtəlif vaxtlarda şirkətin kassasına ödənilməli olan ümumilikdə 78 000 manat məbləğində pulu distribütorlardan nağd şəkildə alaraq şəxsi məqsədləri üçün istifadə edib. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif edilib.

Elçin Abdulxalıqovun yeri Albaniyada müəyyən edilib və o, həbs olunub.

Baş Prokurorluğun sorğusu və aparılan danışıqlardan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Nazirlik qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq nüfuzunu və Albaniyanın ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Elçin Nüsrət oğlu Abdulxalıqov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Albaniyadan Azərbaycana gətirilib. Məhkəmənin həbs qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə tədbirlərin davam etdirildiyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!