Oktyabrın 28-dən noyabrın 8-dək Bakıda ikinci Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival fərqli janrlarda rəqs, dram və musiqi tədbirlərini əhatə edir.
Festival proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətkarlarla görüşlər və ustad dərsləri ilə birgə 20-dən çox tədbir daxildir. Bu möhtəşəm sənət bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan sənətkarları və yaradıcı kollektivləri bir araya gətirəcək. Dördpendirli pizza
Telegram kanalımız