Bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz 25-29 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Sezar pizza
Şərq küləyinin gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 17-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. 0
Telegram kanalımız