Bu ilin əvvəlindən AQTA tərəfindən Bakı şəhərində 250 ət satışı mağazasında nəzarət tədbirləri keçirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, antisanitar şəraitdə, küçə və yol kənarlarında, eləcə də kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Dominos pizza
AQTA-nın Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətlərinin əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı 174 mağazada sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı, qanunsuz heyvan kəsiminin həyata keçirildiyi və baytarlıq sənədləri olmayan ətlərin satıldığı müəyyən edilib.
Aşkar olunan nöqsanlarla bağlı mağaza sahibləri barəsində inzibati protokollar tərtib olunub. Həmçinin 47 mağazada heyvan kəsimi üçün nəzərdə tutulmuş qanunsuz qurğular sökülüb.
Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə icrası məcburi göstərişlər verilib.
Aytac Əliyeva
Telegram kanalımız