Maliyyə Nazirliyində aylıq 4 min manat əməkhaqqı nəzərdə tutulan vakant vəzifə üzrə müsahibə elan olunub.
“Yeni Sabah” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən nazirliyin aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Rəqəmsal media sektorunda aparıcı məsləhətçi vəzifəsi üçün müsahibə keçiriləcək. Bu vəzifə üzrə bir vakant yer mövcuddur.
Namizədin iqtisadiyyat və idarəetmə, filologiya, tərcümə, jurnalistika, dövlət və ictimai münasibətlər, politologiya, sosiologiya, regionşünaslıq, hüquqşünaslıq və ya beynəlxalq münasibətlər üzrə ali təhsili olmalıdır. Dördpendirli pizza
Bundan əlavə, müvafiq sahədə ən azı bir il iş təcrübəsi, “MS Office” proqramlarından, ofis texnikası və internetdən orta səviyyədə istifadə bacarığı tələb olunur. Namizədlər ingilis dilini ən azı B1 səviyyəsində bilməli və BA2 sertifikatına sahib olmalıdırlar.
Vəzifəyə qəbul ediləcək şəxsin əsas öhdəlikləri arasında nazirliyin rəqəmsal media üzrə kommunikasiya fəaliyyətinin təşkili, rəsmi internet səhifəsinin və sosial media hesablarının idarə olunması, kontent planlarının hazırlanması və paylaşımların monitorinqi yer alır.
Həmçinin namizəd müraciətlərin və sosial media fəaliyyətinin gündəlik izlənilməsi, statistik məlumatların təhlili və müxtəlif kommunikasiya materiallarının hazırlanmasını həyata keçirəcək.
Müsahibə elanı avqustun 17-də yayımlanıb. Namizədlər sənədlərini 15 sentyabr saat 18:00-dək təqdim edə bilərlər.
Telegram kanalımız