Monqolustanın qərbində 6.8 bal gücündə zəlzələ baş verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:23-də qeydə alınıb. Zəlzələnin episentri Rusiya–Monqolustan sərhədindən təxminən 400 kilometr məsafədə yerləşib.
Məlumata görə, episentrdə zəlzələnin intensivliyi MSK-64 (Medvedev–Sponheuer–Karnik) şkalası üzrə 9.1 bal təşkil edib ki, bu da kifayət qədər güclü seysmik hadisə hesab olunur.
Hazırda zəlzələ nəticəsində itki və ya dağıntılar barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Monqolustanın qərb bölgəsi seysmik baxımdan aktiv zonalardan biri sayılır və burada vaxtaşırı orta və güclü zəlzələlər qeydə alınır.
Telegram kanalımız