İsraildə on minlərlə insan Baş nazir Benyamin Netanyahunun hökumətinə qarşı etiraz aksiyası keçirib.
“Yeni Sabah” xəbər verir ki, oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində Təl-Əvivdə toplaşan nümayişçilər 2023-cü il oktyabrın 7-də baş verən hadisələrlə bağlı dövlət istintaq komissiyasının yaradılmasını tələb ediblər.
Aksiya iştirakçıları Rabin meydanından Habima meydanına yürüş ediblər. Nümayişdə müxalifətdəki “Yəşar” Partiyasının lideri Qadi Eyzenkot, “Demokratlar” Partiyasının rəhbəri Yair Qolan və “Yisrael Beytenu” Partiyasının lideri Aviqdor Liberman da iştirak ediblər. Eyzenkot meydana gəldikdə iştirakçılar “Yeni baş nazir!” şüarları səsləndiriblər. pizza mizza
Etirazçılar 7 oktyabr hadisələrinə görə məsuliyyəti üzərinə götürməməkdə ittiham etdikləri Netanyahunu tənqid ediblər. Aksiyada həlak olmuş israilli girovların yaxınları və HƏMAS-ın atəşkəs və əsir mübadiləsi razılaşmaları çərçivəsində azad etdiyi bəzi şəxslər də iştirak ediblər.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, aksiyanın hökumətlə əlaqəli şəxslər tərəfindən pozula biləcəyi barədə daxil olan məlumatlardan sonra polis təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, ictimai rəy sorğularına əsasən, seçki mübarizəsinin Netanyahu ilə müxalifət lideri Qadi Eyzenkot arasında gedəcəyi gözlənilir. Bununla belə, sorğulara görə, 120 yerlik İsrail parlamentində nə iqtidar, nə də müxalifət bloku hökumət qurmaq üçün tələb olunan 61 mandatı qazana bilir.
Aydan Hacı
Telegram kanalımız