Gümüşdə kəskin ucuzlaşma

saytların hazırlanması

Evə çatdırılma

Gümüşdə kəskin ucuzlaşma

İqtisadiyyat

26 Oktyabr 2026 11:51 85


2026-cı ildə ilk dəfə bu səviyyəyə gerilədi. Gümüş qiymətlərində satış təzyiqi dərinləşir: ilin əvvəlində 121 dollara qalxan ons gümüş son əməliyyatlarda 1,26% dəyər itirərək 53,90 dollara düşüb və zirvəsindən 55% uzaqlaşaraq 2026-cı ildə ilk dəfə 54 dolların altına enib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bu kəskin enişin 3 əsas səbəbi var. Brent neftinin 116,72 dollara qalxması ilə artan inflyasiya narahatlığı, yüksək ABŞ istiqraz faizlərinin qiymətli metallara birbaşa təzyiqi və texnologiya səhmlərindəki satışlardan sonra investorların nağd ehtiyacı üçün qızıl-gümüş mövqelərini bağlaması.

Texniki baxımdan ilk kritik dəstək 53,46 dollardır (aşağı qırılarsa 52,41, 51,39 və 50 dollar gündəmə gələ bilər), ilk vacib müqavimət isə 54,53 dollardır (aşılarsa hədəf 55,77 dollardır). İnvestorların diqqəti 28 oktyabrda açıqlanacaq FED faiz qərarına və 29 oktyabrda gələcək ABŞ PCE inflyasiya ilə böyümə göstəricilərinə yönəlib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!