Ən çox nə bahalaşdı, kim nə qədər qazandı?

saytların hazırlanması

Evə çatdırılma

Ən çox nə bahalaşdı, kim nə qədər qazandı?

İqtisadiyyat

26 Oktyabr 2026 11:54 105


Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri məlum olub.

“Yeni Sabah” xəbər verir ki, rəsmi göstəricilərə əsasən, 2025-ci ildə kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəəti 446,07 milyon manat təşkil edərək 2024-cü illə müqayisədə 42,5% artıb, satışdan əldə edilən gəlirlər isə 1 milyard 493,5 milyon manata yüksəlib.

Sektor üzrə bitkiçilikdən 213,6 milyon manat, heyvandarlıqdan isə 204,4 milyon manat mənfəət əldə edilib, müəssisələrin zərəri isə azalan dinamika ilə 21,8 milyon manata düşüb. Paralel olaraq, müəssisələrin mülkiyyətində və istifadəsində olan ümumi torpaq sahəsi 526,6 min hektara çatıb, bunun 521,7 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar təşkil edib. pizza mizza

İcarəyə götürülmüş torpaqlar 317,7 min hektar (bunun 274,8 min hektarı dövlət mülkiyyəti) olduğu halda, orta hesabla bir təsərrüfata düşən yararlı torpaq sahəsi rekord vuraraq 384,6 hektardan 454,1 hektara yüksəlib. İstehsal xərclərinə gəldikdə isə, dənli bitkilər (15,57 manat/sentner), pambıq (54,61 manat), çəltik (102,66 manat) və kartofun (14,95 manat) maya dəyərində ucuzlaşma, tütün (148,07 manat) və şəkər çuğundurunda (5,62 manat) kəskin bahalaşma müşahidə olunub, heyvandarlıqda iri buynuzlu mal-qaranın çəki artımının maya dəyəri 574,20 manata, qoyun və keçidə 406,11 manata qalxıb, südün maya dəyəri isə 50,88 manat səviyyəsində qalıb. 

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!