Cərimə protokolu olan şirkətə gömrükdən böyük iş

saytların hazırlanması

Evə çatdırılma

Cərimə protokolu olan şirkətə gömrükdən böyük iş

İqtisadiyyat

26 Oktyabr 2026 11:38 124


 

Dövlət Gömrük Komitəsinin “AZƏRTERMİNALKOMPLEKS” Birliyi yanğın təhlükəsizliyi sistemlərinin texniki servisi və profilaktik baxış xidmətlərinin satın alınması ilə bağlı işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “SAFE LİFE” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalan təşkilat ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 139 970 manat (Yüz otuz doqquz min doqquz yüz yetmiş manat) təşkil edir. Müqaviləyə əsasən, “SAFE LİFE” MMC Birlik üzrə yanğın təhlükəsizliyi və siqnalizasiya sistemlərinin mütəmadi texniki servisini təmin edəcək. pizza mizza

Qeyd edək ki, bir neçə il əvvəl “Safe Life” MMC barəsində nəqliyyat vasitəsinin istifadəçisi haqqında məlumatın verilməməsinə görə (İXM-in 347-ci maddəsi) inzibati xəta protokolu tərtib olunaraq məhkəməyə göndərilib. Maddəyə əsasən, səlahiyyətli orqanın sorğusuna 5 gün müddətində cavab verilmədikdə hüquqi şəxslər 300 manat, vəzifəli şəxslər isə 150 manat cərimə edilir.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!