Bu qanunlara dəyişiklik ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu qanunlara dəyişiklik ediləcək

Sosial

13 Oktyabr 2026 12:24 109


Milli Məclisin oktyabrın 13-də keçirilən iclasında Mülki Məcəllədə, Gömrük Məcəlləsində, habelə “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və bir sıra digər qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

"Yeni Sabah" xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Əli Hüseynli bildiriş ki, təklif olunan düzəlişlər daha çox uyğunlaşdırma xarakteri daşıyır.

Millət vəkilinin sözlərinə görə, dəyişikliklər çərçivəsində “Lisenziyalar və icazələr haqqında” qanunun müvafiq maddələrindən “xüsusi” sözü çıxarılır. Analoji yanaşma Mülki Məcəlləyə, eləcə də “Polis haqqında”, “Xidməti və mülki silah haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara da tətbiq edilir. Toyuqlu pizza

Ə.Hüseynli əlavə edib ki, layihədə əksini tapan digər dəyişikliklər isə birbaşa aidiyyəti profil komitələrinin səlahiyyət dairəsinə daxildir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!