Qarabağda illər sonra belə mənzərə yarandı: 10-u birdən gəldi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda illər sonra belə mənzərə yarandı: 10-u birdən gəldi

Sosial

27 Noyabr 2026 17:10 60


Cəbrayıl rayonunun ərazisinə 10 baş ceyran buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, bu, Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində həyata keçirilən növbəti reintroduksiya tədbiridir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib ki, tədbir “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində gerçəkləşdirilib. Bakıda online alış-veriş

Onun sözlərinə görə, bu günədək işğaldan azad edilmiş ərazilərə ümumilikdə 50 baş ceyran buraxılıb.

Belə tədbirlərin əsas məqsədi həmin ərazilərdə fauna müxtəlifliyinin bərpası, nadir heyvan növlərinin təbii yaşayış mühitində populyasiyalarının artırılmasıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!