Bu qidalar isti havalarda orqanizmi qoruyur – Yay menyunuza əlavə edin!

saytların hazırlanması

Evə çatdırılma

Bu qidalar isti havalarda orqanizmi qoruyur – Yay menyunuza əlavə edin!

Maraqlı

14 İyun 2026 21:04 85


Yay aylarında temperatur və rütubətin artması nəticəsində orqanizm daha çox su və mineral itirir.

“Yeni Sabah”ın araşdırmasına əsasən  Dietoloq Hande Güngör bildirib ki, həddindən artıq istilər bədən hərarətinin yüksəlməsinə, hətta beyin və digər həyati orqanlara zərər verə biləcək risklərə səbəb ola bilər:

“Susuzluq hiss olunmasa belə, gün ərzində 12-14 stəkan maye qəbul edilməlidir. Kofeinli, spirtli və şəkərli içkilərdən uzaq durmaq, su, süd, bitki çayları və qazsız mineral suya üstünlük vermək tövsiyə olunur. Tərləmə nəticəsində itirilən natrium, kalsium, kalium və maqneziumun bərpası üçün pendir, süd məhsulları, yumurta, qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlər, banan, kartof və paxlalı bitkilərin qəbulu faydalıdır. Xiyar, kahı, qovun, qarpız, çiyələk və üzüm kimi su tərkibi yüksək meyvə-tərəvəzlər də orqanizmin maye ehtiyacını qarşılamağa kömək edir”. pizza sifarişi

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!