Bu rayonlarımıza qar yağdı - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlarımıza qar yağdı - Faktiki hava

Sosial

01 Dekabr 2022 12:21 804


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 01-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, Lənkəran-Astarada intensiv xarakterli olub. Qar örtüyünün hündürlüyü Altıağacda 9 sm, Şahdağda 3 sm, Qrız, Xaltan, Qusar, Qaxda 2 sm, Qobustan, Quba, Şəki, Göygöldə 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 26.0 mm, Lerikdə 25.0 mm, Astarada 19.0 mm, Göytəpədə 11.0 mm, Qəbələdə 10.0 mm, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9.0 mm, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8.0 mm, Göyçayda 7.0 mm, Culfa, Ağdamda 6.0 mm, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən,Qusar, Ağstafa, Qrız, Naftalanda 5.0 mm-dək, Pepperoni pizza

Bakıda və Abşeron yarımadasında yağıntı Bakıda 8.0 mm, Maştağada 6.0 mm, Binədə 5.0 mm, Pirallahıda 4.0 mm, Sumqayıtda 3.0 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 02-də yağıntılarda qısamüddətə fasilə olacağı gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!