Onlar hərbi xidmətə gedəndə maaşın 3 misli qədər müavinət alacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Onlar hərbi xidmətə gedəndə maaşın 3 misli qədər müavinət alacaqlar

Siyasət

05 İyun 2026 11:47 351


Milli Məclis müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödənilməsi haqqında dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər. Pepperoni pizza

Bundan əlavə, qanuna edilən digər dəyişikliyə görə, diplomatik xidmət orqanı əməkdaşı vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun xidmətinə xitam veriləcək.

Sənədə görə, bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsində o da vurğulanıb ki, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraiti və s.) ibarət olacaq.

Qüvvədə olan qanuna əsasən isə diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və əlavələrdən ibarət idi.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!