Bu tarixdə telefonlar siqnal verəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə telefonlar siqnal verəcək

Dünya

03 Sentyabr 2025 01:33 724


7 sentyabrda Böyük Britaniyada fövqəladə hallar üzrə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək.

Yenisabah.az xəbər verir ki, saat 15:00-da milyonlarla mobil telefon eyni vaxtda siqnal verəcək, təxminən 10 saniyə ərzində titrəyəcək və ekranlarda “Bu yalnız sınaqdır” yazısı görünəcək.

Sistemin məqsədi zəlzələ, daşqın, fırtına kimi fövqəladə hallarda əhaliyə operativ məlumat ötürməkdir. Bu üsul vasitəsilə saniyələr içində milyonlarla insana xəbərdarlıq göndərmək mümkündür.

Xatırladaq ki, ilk sınaq 2023-cü ildə həyata keçirilib və bəzi bölgələrdə panikaya səbəb olub. Həmin vaxtdan bəri sistem real şəraitdə beş dəfə işə salınıb. Məsələn, sərt hava şəraiti zamanı minlərlə vətəndaşa xəbərdarlıq göndərilib./News24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!