Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb.
"İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyada ayıların yaşayış məntəqələrinə yaxınlaşması ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. Gün ərzində "Burprirodnadzor"a bununla bağlı təxminən 15-20 məlumat daxil olur", - idarədən bildiriblər. pizza mizza
Hər bir müraciət üzrə dövlət ov müfəttişləri ovçularla birlikdə əraziyə gələrək yoxlama aparırlar. Tədbirlərə 81 ovçudan ibarət 24 briqada cəlb edilib.\"Report"
Telegram kanalımız