“Camaatı diri-diri öldürmək lazım deyil”  – Müğənni Elnarə
08 İyl 2020 15:33
3079

“Camaatı diri-diri öldürmək lazım deyil” – Müğənni Elnarə

Müğənni Elnarə Xəlilova özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Elnarə aparıcı Azər Qəribin karantinin uzadılması ilə bağlı iradını yayımlayaraq fikirlərini bölüşüb. O bildirib ki, yay günlərində evdə oturmaq çətindir:

"Xahiş edirəm, ey bizim ölkənin həkimləri: Birlik göstərmək vaxtıdır. Yığışın bir yerdə bu qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, camaata reseptlərdə vitamin D paylamaq lazım deyil. Camaatı diri-diri öldürmək lazım deyil. Buraxın insanlar Allahın verdiyi halal vitamin D-sini alsınlar günəşdən. Buraxın və nəzarət edin. Baxın, bütün dünya necə karantin edir. Siz də öyrənin. Allahım, sən özün bizə kömək ol. Ay yarımımız qaldı. Bu payıza sağ-salamat çıxa bilək"

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər