Cəbrayılda minaya düşən şəxsin   SON VƏZİYYƏTİ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ AÇIQLANDI

Hadisə

08 Oktyabr 2026 18:33 82


Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub. Sezar pizza

"Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!