Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünə 1-ci təsnifat mərhələsinin qarşılaşmaları ilə start verilib.
“Yeni Sabah” xəbər verir ki, turnirin açılış matçında gözlənilməz böyükhesablı nəticə qeydə alınıb.
İkinci Liqa təmsilçilərinin mübarizəsində "Qaradağ Lökbatan" öz meydanında "Şəki" komandasını qəbul edib. Oyun boyunca tam üstünlük nümayiş etdirən Lökbatan təmsilçisi rəqib qapısından bir-birinin ardınca 12 cavabsız top keçirərək tarixi darmadağına imza atıb (12:0). pizza
Meydan sahiblərinin heyətində Əjdər Hacılı və İbrahim Novruzov hett-riklə yadda qalıblar. Bu inamlı qələbədən sonra "Qaradağ Lökbatan" Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinə vəsiqə qazanaraq növbəti mərhələdə "İmişli" klubu ilə qarşılaşmaq hüququ əldə edib.
Nazim Hacıyev
Telegram kanalımız