Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR –   Rəsmi qurum açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı

Sosial

08 Oktyabr 2026 16:25 296


Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin iş yeri və vəzifəsinin saxlanılıb-saxlanılmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qurumun kapitanı Əsgərli Zəfərin açıqlamasına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində onların iş yeri və vəzifəsi saxlanılır. pizza mizza

Bildirilib ki, bu tələb müəssisənin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı deyil. Yəni müddətli həqiqi hərbi xidmətə cəlb olunması şəxsin iş yerini avtomatik itirməsi ilə nəticələnmir.

Beləliklə, hərbi xidmətə çağırılan şəxsin iş yeri və tutduğu vəzifə xidmət müddətində qorunur. İstisna yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğv edilməsi halıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!